Türkmənistan prezidenti Qədr gecəsində 1000 məhbusu əfv etdi
Tarix: 15-07-2015, 17:33 |
Çap et
Türkmənistanda böyük milli və dini bayramlarda məhbusların əfv edilməsi ənənə halını alıb.
FaktXəbər-in verdiyi məlumata əsasən, bu il də ən müqəddəs gecələrdən olan Qədr gecələri ilə əlaqədar 1000-dən çox məhbus azadlığa buraxılacaq. Onlardan 1061 nəfəri Türkmənistanın vətəndaşı, 10 nəfəri isə xaricidir.
Fərmanı imzalayan Türkmənistan prezidenti Qurbanqulu Bərdiməhəmmədov respublikanın təhlükəsizlik şurasının katibi və milli təhlükəsizlik nazirinə əfv olunanların Fitr bayramını öz ailələrinin əhatəsində keçirmələrinə dair tapşırıq verib.
Türkmənistan prezidentinin daha öncə bildirdiyinə görə, bu ölkədə həbsxanalarda olan məhbusların sayı 10 mindən artıq deyil.