Müsavat Partiyası Qadınlar Birliyinə bu tarixdə yeni sədr seçiləcək
Tarix: 15-07-2015, 17:15 | Çap et
Müsavat Partiyası Qadınlar Birliyinə bu tarixdə yeni sədr seçiləcək
İyulun 19-da Müsavat Partiyasının Qadınlar Birliyinin yeni sədri seçiləcək.

Bunu Modern.az saytına partiyanın Təşkilat Şöbəsinin müdiri Razim Əmiraslanov deyib. O bildirib ki, ümumi yığıncaq iyulun 19-da saat 13.00 keçiriləcək:
“Ərizələrin verilməsi hələ də davam edir. İyulun 19-da keçiriləcək ümumi yığıncaqda Qadınlar Birliyinin yeni sədri seçiləcək. Həmçinin yeni rəhbərlik də formalaşacaq.

Belə ki, Qadınlar Birliyinə həm sərbəst şura, həm MTK üzvləri, , eyni zamanda birliyin sədri seçiləcək. Artıq bunun üçün ərizələr daxil olub. Bütün seçkili orqanlarına kifayət qədər namizədlər var.

Çox güman ki, ərizələrin qəbulu yığıncağa kimi davam eləsin. Qadınlar Birliyi rayon təşkilatı statusunda olduğu üçün, hətta ümumi yığıncaq günü də kimsə namizədliyini irəli sürə bilər. Məsələn, bölgələrdən gələn xanımlar həmin gün öz namizədliyini verə bilərlər. Hazırda bütün bunlarla bağlı proses gedir. İnşallah bu həftə yekunlaşacaq”.

Razim Əmiraslanov qeyd edib ki, Qadınlar Birliyinə bu həftə sədr seçildikdən sonra növbəti həftə artıq Gənclər Təşkilatı ilə bağlı işlər yekunlaşacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net