“Qarabağ”ın oyununa bilet sıxlığı – 13-cü sektor
Tarix: 15-07-2015, 16:55 |
Çap et
Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Monteneqronun “Rudar” klubunu qəbul edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu oyun üçün 30 min bilet satışa çıxarılıb. Lakin cəmi 17 min bilet satılıb. Bu barədə məlumatı saytımıza Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov verib: “Cəmi 17 min bilet satılıb. Amma kassaların qarşısında sıxlıq müşahidə olunur. Bununsa səbəbi azarkeşlərin 13-cü sektora bilet axtarmasıdır”.