Bura Bakıdır, hansısa ucqar dağ kəndi deyil (FOTOLAR)
Tarix: 30-03-2015, 10:34 | Çap et
Bura Bakıdır, hansısa ucqar dağ kəndi deyil (FOTOLAR)
Dəyərli oxucular, Suraxını rayonunun bir qrup sakininin israrlı xahişindən sonra Moderator.az-ın əməkdaşı rayonun bir sıra yerlərində olub, məmur özbaşınalığının, vətəndaşlara qarşı biganəliyin, qanunların addımbaşı pozulmasının təsdiqi olan çoxsaylı foto və video çəkilişlər aparıb.

Yeri gəlmişkən, oxucularımız bu görünütülərin Bakının Qaraçuxur qəsəbəsində deyil, hansısa ucqar rayonların birində çəkildiyini zənn edə bilərlər. Amma adamın inanmağı gəlməsə də sizə təqdim ediləcək materiallar Birinci Avropa Oyunlarına hazırlaşan paytaxtın qulağının dibindən tarixin yaddaşına köçürülüb.

İlkin olaraq sizlərə Qaraçuxurdakı 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının görüntülərini təqdim edirik. İçəridəki durum barədə nəsə yazmağa lüzum görmürük. Xəstəxana adlandırılan bu qəzalı nimdaş tikilinin xarici görünüşü hər şey deyir. Az qala cansız daşlar-divarlar dil açıb qışqırmaq istəyir ki, neft-qaz milyardlarından niyə bizə də qəpik-quruş düşmədi...? Biz cəhənnəm, bu qaraçuxurluların günahı nə ki, onlara bir müasir xəstəxananı da çox gördünüz...?

Bura Bakıdır, hansısa ucqar dağ kəndi deyil (FOTOLAR)
Bura Bakıdır, hansısa ucqar dağ kəndi deyil (FOTOLAR)
Bura Bakıdır, hansısa ucqar dağ kəndi deyil (FOTOLAR)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net