“Bu il mətbuat işçilərinə Ali Media Mükafatı veriləcək” Əflatun AMAŞOV
Tarix: 15-07-2015, 16:50 | Çap et
“Bu il mətbuat işçilərinə Ali Media Mükafatı veriləcək” Əflatun AMAŞOV
"Milli mətbuatın 140 illik yubileyi ilə mətbuat işçilərinə Ali Media Müfkafatı veriləcək".

Bu barədə Hafta.az-a Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov məlumat verib. O bidirib ki, bu il mətbuat işçilərinə çoxsaylı mükafatlar veriləcək. Mükafatlandırma mərasimi isə Gülüstan Sarayında keçiriləcək.

Qeyd edək ki, 22 iyul Azərbaycan Milli Mətbuatının yaranmasından 140 il ötür. Bu jurnalistləri xüsusi təbriklərin gözlədiyini də bildirənlər var. Ölkə başçısının da tədbirdə iştirakı gözlənilir. 140 illik tədbirdə eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan edilən müsabiqənin laureatları da mükafatlandırılacaq. Eyni zamanda 800 nəfərdən çox mətbuat işçisinin fəxri adlar alması nəzərdə tutulub. Bu barədə artıq müraciətlər yekunlaşıb.

Media günü ilə bağlı Bakcell şirkətinin də jurnalistlərə müxtəlif hədiyyələri olacaq. Bu barədə isə Hafta.az-a açıqlamasında şirkətin mətbuat xidmətinin əməkdaşı İlham Quliyev məlumat verib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net