Rusiyada azərbaycanlıya ömürlük həbs
Tarix: 14-07-2015, 18:19 | Çap et
Rusiyada azərbaycanlıya ömürlük həbs
Rusiyanın Şimali Qafqaz dairə hərbi məhkəməsi 2013-cü ildə Pyatiqorsk şəhərində partlayış törətmiş şəxslərə hökm oxuyub.

APA-nın “rg.ru” saytına istinadən verdiyi xəbərə görə, bir ildən çox davam edən araşdırmaların nəticəsində 6 nəfərə hökm oxunub.

Məhkəmənin qərarı 25 yaşlı Azərbaycan vətəndaşı Murad Qeybulla oğlu Atayev ömürlük azadlıqdan məhrum edilib. M. Atayev cəzasını ciddi rejimli islah-əmək müəssisəsində çəkəcək.

Məhkəmənin qərarı ilə 22 yaşlı Şamil Əbdüləzizov ömürlük, 30 yaşlı Ramazan Xəlizov 23 il, onun atası Vladimir Xəlizov 18 il, 25 yaşlı Şamil Qazıməhəmmədov 17 il və 22 yaşlı Məhəmməd İbrahimov 19 il azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, 2013-cü il dekabrın 27-də Pyatiqorskda Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyinin binası qarşısında trotil ekvivalenti ilə təxminən 60 kiloqram gücə malik bombanın partladılması nəticəsində 3 nəfər həlak olmuş və binaya 12 milyon rubl zərər dəymişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net