Britaniya Yunanıstana köməyə `yox` deyir
Tarix: 14-07-2015, 18:12 | Çap et
Britaniya Yunanıstana köməyə `yox` deyir
Böyük Britaniya Yunanıstana növbəti maliyyə paketinin ayrılmasının qəti əleyhinə olub və Brüssel müzakirələrində Afinaya heç bir yardımın göstərilməməsi fikrilə çıxış edib.

AzVision.az `Financial Times`a istinadən xəbər verir ki, Yunanıstana 3-cü maliyyə paketinin ayrılması məsələsilə bağlı Avropa İttifaqının maliyyə nazirinə zəng vuran Britaniyanın Avropa İttifaqı üzrə maliyyə idarə rəhbəri Corc Osborn hökumətinin Yunanıstanla bağlı dözümlülüyü qəbul etməyəcəyini və yalnız 1 milyard avro vəsait ayıra biləcəklərini deyib.

Xatırladaq ki, Yunanıstana 3-cü maliyyə yardımın ayrılması məsələsinə bir çox Avropa ölkələri birmənalı yanaşmırlar. Britaniya, İtaliya, Finlandiya, Portugaliya və İrlandiya bu qərarın əksinə mövqe sərgiləyiblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net