Əlibəylidəki partlayışın şahidi DANIŞDI
Tarix: 14-07-2015, 17:27 | Çap et
Əlibəylidəki partlayışın şahidi DANIŞDI
Bir neçə saat öncə, bu gün səhər saatlarında Tovuz rayonunun Əlibəyli kəndində yaşayan İslam Xanbabayevin həyətində bədbəxt hadisə baş verdiyi haqda məlumat vermişdik. Hadisənin izinə düşüb, təfərrüatlarını elə hadisə yerindən əldə etməyə çalışdıq.

Hafta.az-ın həmin kənddə yaşayan sakindən əldə etdiyi məlumata görə isə partlayış nəticəsində Tuncay Xanbabayev, onun bacısı Nərmin və qohumu Dürdanə Nağıyeva xəsarət alıblar. Aldığımız məlumata görə, yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı Tovuz Rayon Prokurorluğu cinayət işi açıb. Faktla bağlı araşdırma aparılır.

Tovuz rayon sakini Cümşüd Məmmədovun bildirdiyinə görə, hadisə səhər saatlarında baş verib:

“Saat 11–12 ərəfələri idi. Qəfil səs gəldi. Bayıra çıxdıq. Partlayışın İslam kişinin həyətindən gəldiyini dedilər. Həyətə tərəf qaçdıq. Yaralılardan biri uşaqdır. Biri də orta yaşlı qadındır. Əvvəl elə bildik ermənilər atıblar. Sonradan məlum oldu ki, İslam kişinin qonağının əlində mərmi partlayıb. Deyilənə görə, mərmini həyətdə işləyərkən tapıb. Onu da yəqin ki, ermənilər atıblar. Partlamayıb, sonradan açılıb. Hazırda kəndə ermənilər də ara-sıra atəş açırlar”.

Qeyd edək ki, faktı Daxili İşlər Nazirliyi də təsdiqləyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net