"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın "Qazprom" şirkəti tərəfindən "AzMeCo"ya (Azərbaycan Metanol Şirkəti) satılacaq qazın nəqlini təmin edəcək. SOCAR bu öhdəliklərlə bağlı "Qazprom" şirkəti ilə müqavilə imzalayıb".
ANS PRESS- in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, Azərbaycanın Rusiya qazına ehtiyacı yoxdur: "Biz müqavilə öhdəliklərimizin hamısını yerinə yetiririk. Bilirsizniz ki, metanol zavodu tikilir. Bu zavod bizimlə uzunmüddətli qaz müqaviləsi bağlamayıb. Ona görə də, bizim o zavod üçün resursumuz yoxdur. Günah "AzMeCo"nun özündədir. Zavodu tikib, sonra qaz haqqında fikirləşiblər", - deyə R. Abdullayev söyləyib.
SOCAR prezidenti bildirib ki, danışıqlar zamanı "AzMeCo"nun "Qazprom”dan qaz almasına etiraz etməyib. R. Abdullayev metanol istehsalçısının "Qazprom"dan qaz almasının normal hal olduğunu əlavə edib.