Qazaxda maşını yol polisinin üstünə sürdülər
Tarix: 14-07-2015, 16:25 | Çap et
Qazaxda maşını yol polisinin üstünə sürdülər
Baş DYP İdarəsinin istirahət günləri Gəncə-Qazax magistralında keçirdiyi reydlər zamanı yüzlərlə sürücü cərimələnib.

Region TV xəbər verir ki, Tovuzdan başlayan reyd zamanı polislər daha çox sənədsiz sükan arxasında əyləşənləri aşkarlayıblar.

Sərnişindaşıma ilə məşğul olan sürücüyə haqq qazandıran sərnişinlər də tapılıb.

Qazaxda isə sərxoş sürücülər çoxluq təşkil edib. Yerində aparılan həkim yoxlaması bunu deməyə əsas verir. Hətta, avtomobili yol polisinin üstünə sürənlər də tapılıb.

Şəmkirdə də xeyli qayda pozuntusu aşkarlanıb. Onlarla sürücü inzibati qaydada cərimələnib.

Ümumilikdə, 300-ə yaxın sürücüyə inzibati protokol tərtib edilib.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net