Bakıda müəmmalı qətl - Başqa maşında qan içərisində tapıldı
Tarix: 14-07-2015, 16:02 | Çap et
Bakıda müəmmalı qətl - Başqa maşında qan içərisində tapıldı
Bakıda müəmmalı qətl törədilib. Cinayətdəki müəmma qətl qurbanının başqasının maşınında tapılmasıdır.

Cinayət hadisəsi Sabunçu rayonu, Maştağa qəsəbəsində törədilib. Milli.az xəbər verir ki, 55 yaşlı Rauf Əliyevin meyiti dünən Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus "AzSamand" markalı avtomobildə aşkarlanıb. Qan içərisində olan meyitin üzərində bıçaq yaraları olub.

Qətlin kim tərəfindən törədilməsi, mərhumun başqasının avtomobilində necə olması hələ də qaranlıqdır.

Bakı şəhər Prokurorluğu da qətlin qaranlıq məqamlarına işıq salmadı. Prokuror köməkçisi Günel Məmmədova milli.az-a qətllə bağlı məqamların açıqlanmamasını istintaq sirri ilə əlqələndirdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net