Ukrayna DİN: Lvovda baş vermiş partlayışlar terror aktı kimi qiymətləndirilir
Tarix: 14-07-2015, 15:55 | Çap et
Ukrayna DİN: Lvovda baş vermiş partlayışlar terror aktı kimi qiymətləndirilir
Lvovda baş vermiş partlayışlar terror aktı kimi qiymətləndirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Lvov vilayəti üzrə baş idarəsinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Lvovda polis sahə məntəqələri yaxınlığında ardıcıllıqla iki partlayış baş verib. Ukrayna Daxili İşlər Nazirliyi bu partlayışları Zakarpatye vilayətindəki hadisələrlə əlaqələndirir. Xatırladaq ki, ötən bazar burada polis əməkdaşları ilə “Pravıy sektor” təşkilatının döyüşçüləri arasında atışma olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net