Bakıda unikal əməliyyat aparıldı
Tarix: 14-07-2015, 15:43 | Çap et
Bakıda unikal əməliyyat aparıldı
Azərbaycanda ilk dəfə olaraq unikal cərrahiyyə əməliyyatı həyata keçirilib.

Qida borusunda təhlükəli qanaxmanın təcili şəkildə dayandırılması üçün Respublika Diaqnostika Mərkəzinin şüa diaqnostikası şöbəsində əməliyyat baş tutub.

Əməliyyat şua diaqnostika şöbəsinin müdiri, professor Ahmet Memis və intervension radioloq uzman Agakisi Yahyayev tərəfindən aparılıb.

Respublika Diaqnostika Mərkəzindən virtualaz.org saytına bildiriblər ki, xəstədə qida borusu varislərindən təhlükəli qanaxmanın təcili şəkildə dayandırılması üçün onun qaraciyərinin portovenoz sistemində klassik TİPS (transjugular İntrahepatik Portosistemik Shunt) prosedurunun alternativi olan PİPSS (Perkutan İntrahepatik Portosistemik Shunt) əməliyyatı aparılıb.

Bu əməliyyat xəstənin bud venasindan iki milimetrelik deşik vasitəsi ilə açıq cərrahiyyə əməliyyatına ehtiyac duyulmadan gerçəkləşdirilib.

TIPS dərindən keçmə yolu ilə qaraciyər içində portal və sistematik qan damarlarının arasında şunt açılma əməliyyatı deməkdir . Burada qaraciyər və qapı venalarının şaxələrin arasında, bir iynə vasitəçiliyi ilə əlaqə təmin edilir və beləcə portosistemik bir şunt yaradılmış olur.

Bu əməliyyat üçün ümumi anesteziya, yaxud açıq cərrahı əməliyyat lazım olmur. TİPS-in aparılması üçün iki şərtin olması mütləqdir. Bunlardan biri xəstənin cərrahi şunt üçün uyğun olmaması, digəri isə prospektiv olaraq, təsirsiz skleroterapiya şərtinin olmasıdır.

TİPS proseduru zamanı vena və şaxələrı içərisində təzyiq artması, qaraciyər xəstəlikləri və ya ekstrahepatik vaskulyar sistem anatomiyasını pozan vəziyyətlər görünür.

Xəstəlik zamanı venada artmış təzyiq nəticəsində kollateral dövranda durğunluq meydana gəlir. Bu durğunluq özünü ən təhlukəli forma olan ezofagoqastrik varikozlar, assit, hipersplenizm və ya ensefalopatiya şəklində göstərir. Varikoz qanamaları portal hipertenziyanın ən kəskin nəticələrindən biridir.

Bu xəstəliyin müalicəsində bir çox metodlardan istifadə edilir. Endoskopik skleroterapiya hazırda varikoz qanamalarının müalicəsində istifadə edilən standart müalicə yoludur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net