“Soyğunçuluğa yox!” deyənlər Yerevanda yürüş edəcəklər
Tarix: 14-07-2015, 15:11 | Çap et
“Soyğunçuluğa yox!” deyənlər Yerevanda yürüş edəcəklər
Bu gün yerli vaxtla saat 18:00-da Ermənistanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz məqsədilə yaradılan “Soyğunçuluğa yox!” təşəbbüs qrupu Baş Prokurorluğa yürüş təşkil edəcək. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, onların əsas tələbi iyunun 23-də aksiya iştirakçılarına qarşı sərt zorakılıq tətbiq edən milislərin cəzalandırılması olacaq.

Digər məlumata görə, iyulun 14-də milislərin iyunun 23-də keçirilən mitinq zamanı jurnalistlərə qarşı da zorakılıq tətbiq etməsi ilə bağlı Ermənistanın bir sıra kütləvi informasiya vasitəsi birgə bəyanat qəbul edib. KİV rəhbərləri bəyanatda jurnalistlərə qarşı repressiyaları pisləyir və azad sözün müdafiəsi üçün hər zaman mübarizə aparacaqlarını xüsusilə vurğulayıblar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net