Prezidentə məktub yazmağın və siqnal verməyin yolları - FOTO
Tarix: 14-07-2015, 12:39 | Çap et
Prezidentə məktub yazmağın və siqnal verməyin yolları - FOTO
Azərbaycanın prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Ölkə başçısı iclas zamanı bir sıra dövlət qurumlarının işini tənqid edib, nöqsanları qabartdı. Prezident həmçinin vətəndaşların yanında olduğunu bir daha təsdiqlədi. Ölkə başçısı dövlətə vergi ödəyən sahibkarlara müraciət edərək bildirdi ki, Vergilər Nazirliyinin əməkdaşları tərəfindən hər hansı bir qanundan kənar hərəkətlə qarşılaşarlarsa, şəxsən ona məlumat versinlər.

Prezidentə sahibkarlar necə məlumat verə bilərlər?

Hafta.az sahibkarlar üçün ölkə başçısına müraciət etməyin yollarını təqdim edir:

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəsmi görüşlərini operativ işıqlandıran, həmçinin ona elektron formada məktub yazmaq funksiyası olan sayt prezident.az saytıdır.

Azərbaycan Respublikası Prezidentinin saytı Prezident İlham Əliyevin fəaliyyəti, çıxışları, səfərləri, görüşləri və qəbulları barədə bütün informasiyanın yerləşdiyi İnternet-nümayəndəlikdir. Bununla yanaşı, həmin saytın istifadəçiləri imzalanmış sənədlər, göndərilmiş məktublar və qəbul olunmuş qanunlar barədə bütün informasiyanı əldə edə bilərlər.

Prezidentin rəsmi saytına müraciət edən hər kəs bu sayt vasitəsilə Prezidentə, onun Administrasiyasına və ya Prezidentin Mətbuat katibi xidmətinə məktub yaza bilər.

Sayt 2007-ci ildən etibarən fəaliyyət göstərir.

Sayta daxil olduqdan sonra, ekranın sağ küncündə “prezidentə məktub yazmaq” bölməsi vardır ki, bura daxil olmaqla ölkə başçısına müraciət etmək olar. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas zamanı çıxış edərkən, sahibkarların məhz bu formada ona müraciət etməsini söyləyib.

Aşağıdakı yerləşdirdiyimiz şəkillər vasitəsi ilə istiqamətlənərək, prezidentə məktub yaza bilərsiniz.

Qeyd edək ki, fotolarda ardıcıllıq zamanı daxil olmalı olduğunuz yeri qırmızı işarə ilə çərçivəyə almışıq.

Prezidentə məktub yazmağın və siqnal verməyin yolları - FOTO





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net