“Prezidentin çıxışı onlara dərs olsun” – Deputatdan rəy
Tarix: 14-07-2015, 12:05 | Çap et
“Prezidentin çıxışı onlara dərs olsun” – Deputatdan rəy
“Bu gün dünyada həm geopolitik, həm də iqtisadi durum çox mürəkkəbdir. Belə olan halda Azərbaycan Prezidenti İlham Əliyev hökuməti səfərbər olub işləməyə çağırmalı idi”.

Bu fikirləri AzVision.az-a millət vəkili, politoloq Rasim Musabəyov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Politoloq hesab edir ki, Prezident İlham Əliyevin iclasda konkret, tamamilə əsaslandırılmış təndiqlərindən sonra tənqid olunan hökumət üzvləri çox qısa zamanda özləri üçün ölçü götürəcəklər.
“Azərbaycan dövləti dəfələrlə vurğulayıb ki, böyük-kiçik münasibətini qəbul etmir. Avropa Birliyi müəllim-şagird münasibəti qurmaq istəyirsə, başqa yerdən özü üçün müştəri tapsın. Azərbaycan Avropa Birliyi ilə praqmatik şəkildə münasibət qurmağa hazırdır. Yəni, qarşılıqlı maraqlar üzərində. Digər məsələlər gəlincə Azərbaycanın kiminsə, arxasınca sürünməyə marağı və ehtiyacı yoxdur. İlham Əliyevin çıxışı ölkəmizə qarşı çıxış edənlərə, çirkin kampaniya aparanlara dərs olmalıdır və bu mesajlardan nəticə çıxarmaq lazmdır”, - deyə R. Musabəyov vurğulayıb.

Millət vəkili ölkə başçısının Avropa təsisatlarının Azərbaycana qarşı tutduğu ədalətsiz mövqeyə görə tənqidini haqlı və yerində olduğunu və bu tənqidlərə şərik olduğunu bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev Avropa təsisatlarını sərt tənqid edib: “Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə, Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net