Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
Vertikal.az Mərkəzi Banka istinadən bildirir ki, ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb. Ötən gün 1,0486 AZN-ə bərabər olan dollar artaraq 1,0492 manata qədər yüksəlib.
Avronun məzənnəsi isə manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1674-dən 1,1550-ə düşüb.
Rus rublunun məzənnəsində də cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0,0186-dən 0,0185-ə kimi azalıb.