Sidney taksilərinə Azərbaycanla bağlı afişalar vurulub - Foto
Tarix: 13-07-2015, 18:17 | Çap et
Sidney taksilərinə Azərbaycanla bağlı afişalar vurulub - Foto
Sidney taksilərinə Azərbaycanın təbliğatı ilə bağlı afişalar vurulub.

Avopa.info-ya bu barədə məlumatı Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyindən bildiriblər.

Keçən ildən Sidney şəhərində fəaliyyət göstərən “Australian Azerbaijanian Association Inc”in rəhbəri Mikayıl Oyta və Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Sidney hava limanından şəhər istiqamətində hərəkət edən 40 ədəd taksi nəqliyyat vasitəsinin üzərində (dam və arxa hissələrdə) Azərbaycanın turizm imkanlarını özündə əks etdirən reklam lövhələri yerləşdirilib.
Kampaniya altı ay - bir il müddətinə nəzərdə tutulub. Qeyd etmək istərdik ki, reklam lövhələrinin dizaynı Sidney şəhərində yerləşən “Oba Media”nın rəhbəri və əslən azərbaycanlı olan İsmayıl Oba tərəfindən təmənnasız olaraq tərtib edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net