Qayınını bıçaqlayıb qaçdı - Qaradağda
Tarix: 13-07-2015, 18:12 | Çap et
Qayınını bıçaqlayıb qaçdı - Qaradağda
Bakının Qaradağ rayonunda qohumlar arasında münaqişə bıçaqlanma ilə nəticələnib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, iyulun 12-də rayonun Qobustan qəsəbəsində Ağakişi Hüseynov münaqişə zəminində qayını və həmyerlisi Bəxtiyar Mahmudova bıçaqla xəsarətlər yetirib. Nəticədə B.Mahmudov xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov tutulub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net