Prezident XİN-ə iradını bildirdi - XƏBƏR
Tarix: 13-07-2015, 18:10 | Çap et
Prezident XİN-ə iradını bildirdi - XƏBƏR
Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Xarici İşlər Nazirliyini də tənqid edib. Ölkə başçısı Azərbaycana gələn turistlərə çətinliklər yaradılması, vizaların verilməsinin gecikdirilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə iradını bildirib.

Xarici İşlər Nazirliyi ilə dəfələrlə əlaqə saxlasaq da məsələyə rəsmi münasibət öyrənə bilmədik. Qarşı tərəf susdu.

Məsələ ilə bağlı açıqlamasında ADA-nın professoru Elnur Soltanov danışıb. O möv cud prosedur qaydalarında hansı dəyişikliyin edilməli olduğunu ön plana çəkib:

“Əslində məsələ mövcud sistemin daha da effektli şəkildə idarə edilməsidir. Çünki normalda bizdə viza məsələləri səfirliklərin konsulluq şöbələri tərəfindən tənzimlənir. Konsulluq daha altda olan qurum olsa da, səfirliyin tərkib hissəsidir. Burada iki məsələ var. Birincisi insan faktoru, ikincisi isə ümumi prosedurlar. Artıq ümumi prosedurlar daha da sürətləndirilib. Məsələn əvvəllər viza üçün səfirliyə getmək lazım idisə, indi bir çox ölkələrdə online formada bu işi görmək olur. Bu baxımdan söylədiyim hər iki faktoru sürətləndirmək lazımdır. Belə olduğu təqdirdə insanlar çətinlik yaşamazlar. Azərbaycanın gözləntiləri getdikcə artmaqdadır. Qlobal dünyanın şərtlərinə uyğunlaşdığımız təqdirdə, gələcəkdə bu sahədə daha da öndə olacağıq. Düşünürəm ki, prezidentin haqqlı tənqidi də buna hesablanıb”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net