"Erməni dostlarıma görə Rusiyaya qayıdacam" - Qarabağa köçən milyoner Sterliqov
Tarix: 13-07-2015, 17:49 | Çap et
"Erməni dostlarıma görə Rusiyaya qayıdacam" - Qarabağa köçən milyoner Sterliqov
Dağlıq Qarabağa köçən rusiyalı milyoner German Sterliqov bəyan edib ki, Rusiya qayıtmaq fikrindədir.

Avropa.info xəbər verir ki, o, verdiyi müsahibədə BORN millətçi qruplaşması ilə əlaqələrini rədd edib. German Sterliqov:

“BORN-la əlaqəli olduğumu, onları maliyyələşdirdiyim, yaxud təlim keçdiyim barədə informasiyalar yalan və böhtandır. Bu işi mənə qarşı quraşdırıblar. Törədikləri cinayət üzündən ömürlük həbs cəzası alan – Xasis və Tixonovun ağzına elə bil eyni sözləri yerləşdiriblər. Görünür, onlara cəzalarını azaltmaq sözü veriblər”.

Bununla yanaşı o, bildirib ki, Rusiyaya qayıtmaq və məhkəmə çəkişməsində iştirak etmək fikrindədir. Sterliqov deyib ki, 16 iyulda vətənə qayıdacaq.

“Mən ədalət məhkəməsindən gizlənmirəm və Qarabağla Rusiyanın arasını pozmaq istəmirəm. Mən ona görə gedirəm ki, erməni dostlarımın bir cinayətkarı gizlətmələri ilə bağlı şübhələrinə son qoyum. Əgər lazımdırsa məni həbs edəcəklər, deyilsə kənd təsərrüfatını inkişaf etdirmək üçün Qarabağa qayıdacam. Müalicə mərkəzi, moda evi açacam”.

O, millətçiləri dəstəkləmədiyini, etnik millətçiliyin şeytan yalanı olduğunu deyib.

Milyoner öz şübhələndiyi düşmənlərinin də adını çəkib. Ona görə, düşmənləri kilsə, cadugərlər və yalan danışan şəxslərdir.

Sterliqovun sözlərinə görə, yazdığı “Adəmdən Putinə” kitabı onun siyasi zirehini götürdü. Bundan sonra təqiblər başladı. Təhlükəli zonadan çıxmaq üçün ailəsi ilə birgə əvvəlcə Belarusa, sonra Qarabağa köməyə məcbur olublar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net