Omskda baş verənlərin arxasındakı TƏXRİBAT İZLƏRİ
Tarix: 13-07-2015, 16:37 | Çap et
Omskda baş verənlərin arxasındakı TƏXRİBAT İZLƏRİ
Omskda baş verən faciənin arxasında təxribat olması bildirilir. Hafta.az xəbər verdiyi kimi, ötən gün Rusiyanın Omsk şəhərində hərbi təlim mərkəzinin korpusu uçdu. Hadisə nəticəsində bir neçə nəfər həlak oldu. Dağıntılar altında 17 nəfər xilas edildi. Bu Dağıntılar altında daha 37 nəfərə yaxın insanın qaldığı ehtimal edilir. Dünəndən bəri şimal qonşumuza şok yaşadan bu hadisənin təfərrüatları hələ də açıqlanmır. Hadisə yerinə ilkin olaraq federal təhqiqatçılar və milis əməkdaşları cəlb edilib. Hadisə ilə bağlı Omsk vilayət məhkəməsində cinayət işi də açılıb.

Hadisənin təbii fəlakət, yoxsa təxribat işi olması indi Rusiyada hər kəsi düşündürməkdədir. Bəs Rusiya kimi bir ölkədə belə təxribata kim imtina edə bilər? İkinci variant olan halda bunun arxasında Rusiyanın xarici və ya daxili düşmənlərinin durması olduqca düşündürücüdür. Bəlkə də yaxın gələcəkdə hansısa bir qaynar mərhələnin başlandığını xəbər verir.

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev açıqlamasında bildirib ki, bu işdə son sözü Federal Təhqiqat Bürosu deyəcək:

“İlk olaraq bunu federal təhqiqatçılar araşdıracaqlar. Ondan sonra Omskda baş verənlərin əsl səbəbi aydınlaşdırılacaq. İndi hadisələr hələ ki, yenidir. Rusiyada kifayət qədər peşəkar istintaqçılar var. Onların cavabı gözləmək lazımdır. İndiki halda hadisənin terror aktı və ya xarici kəşfiyyat işi olub–olmaması ehtimalı əllinin əlliyə götürmək olar. Son sözü Federal Təhqiqat Bürosu deyəcək. İlkin istintaq qrupunun rəyi olmadan hər hansı bir söz demək panika xarakteri daşıyar. Vətəndaşlar da ehtimal edə bilər ki, burada təxribat olub. Buna əsas da var. Çünki ölənlər və dağıntılar altında qalanların sayı kifayət qədərdir. Ona görə də təxribat ehtimalı da nəzərdən keçirilməlidir”.

Mahmud Hacıyevin sözlərinə görə, Omsk uçqununda təxribat ehtimalı əsasən üç nüans üzərində işlənilməlidir:

“Rusiyanın xarici siyasətindən dolayı konfliktləri olan ölkələr çoxdur. İstər Şimali Qafqaza yanaşma nöqteyi, istərsə də qonşuluğunda yerləşən dövlətlərlə münasibətləri o qədər də yaxşı deyil. Hətta şimal qonşumuz ucqarlarında yaşayan müsəlman olmayan digər azsaylı xalqlara da xoş münasibət göstərmir. Bu aktın arxasında təxribat işi varsa, bu dövlətin məsələsidir. Hər üç variant təxribat variantını düşünmək olar. Birincisi, Şimali Qafqaz mücahidləri bunu qisas məqsədilə edə bilər. İkincisi, bayaq yuxarıda qeyd etdiyimiz müsəlman olmayan digər azsaylı xalqların da işi ola bilər. Üçüncüsü isə xarici kəşfiyyat amilini də yaddan çıxarmaq olmaz. Amma hər üç hal diqqətlə nəzərdən keçirilməlidir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net