Vətəndaşlar AZAL-ı boykot edir – “Uçan” qiymətlərə BAHALI ETİRAZ
Tarix: 13-07-2015, 16:08 | Çap et
Vətəndaşlar AZAL-ı boykot edir – “Uçan” qiymətlərə BAHALI ETİRAZ
Son günlər Azərbaycan Hava Yollarındakı (AZAL) qiymətlərin baha olması ilə bağlı vətəndaşların şikayətləri artıb.

Sosial şəbəkələrdə bu şirkəti boykot etmək çağırışları səslənilir. AzNews.az-ın məlumatına görə, artıq xeyli adam bu şirkətin xitmətlərindən imtina etmələri barədə statuslar paylaşıblar. Onlar əlavə əziyyət olsa da, səyahət etmək istədiyi ölkəyə bundan sonra Gürcüstandan uçacaqlarını bildiriblər. Bununçün vətəndaşlar qatarla Tiflisə gedib oradan üçüncü ölkəyə üz tuturlar. Bu, xaricə getmək istəyən vətəndaşlara daha ucuz başa gəlir.

Məsələn, Almaniyaya Bakıdan uçuş qiyməti 730 manatdan bahadır. Gürcüstandan isə təxminən 400 manat. Almaniyaya səfər etmək istəyən şəxs qatarla (28 manat) gedib Tiflisdən bilet alsa, bu ona 302 manat daha ucuz başa gələcək.

Təkcə bu müqaisə AZAL-dakı qiymətlərin nə qədər yüksək olduğunu göstərir. Bundan əlavə, qiymətlərin yüksək olmasına baxmayaraq, təyyarədə verilən yeməklərin də keyfiyyətindən narazıdırlar.

Bunlarla yanaşı bir neçə gündür ki, AZAL online bilet satışını da dayandırıb. Sərnişinlər artıq bir müddət əvvəl start verilən bu xidmətdən istifadə edə bilmir. AZAL isə xidməti dayandırması ilə bağlı xəbərdarlıq etməməsindən əlavə, niyə dayandırmasının səbəbləri barədə hələ də susur.

Dövlət Sərhəd Xidmətindən əldə etdiyimiz məlumata görə, son günlər məhz Gürcüstan Hava yollarında başqa ölkəyə uçmaq üçün Tiflisə gedənlərin sayı 10 dəfələrlə artıb.

Qeyd edək ki, AZAL-dakı qiymətlərlə bağlı hökumət səviyyəsində bir neçə dəfə müzakirələr aparılıb. Ancaq təəssüf ki, qiymətlər düşmək əvəzində qalxmaqda davam edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net