Zəlimxan Yaqubun səhhətindən YENİ XƏBƏR
Tarix: 13-07-2015, 16:03 | Çap et
Zəlimxan Yaqubun səhhətindən YENİ XƏBƏR
“İki həftədən sonra alman həkimləri müalicəmin növbəti mərhələsini təyin edəcəklər”.

Bunu Hafta.az-a açıqlamasında Xalq şairi Zəlimxan Yaqub deyib. Keçmiş millət vəkilinin sözlərinə görə, müalicəsinin yeni mərhələsinə Almaniya səfərindən Azərbaycanda başlayacaq:

“İyulun 27–də Almaniyaya gedirəm. On gün qalıb qayıdacağam. Orada müalicənin növbəti mərhələsini təyin edirlər. Burada isə öz həkimlərimiz mənim müalicəmi öz öhdələrinə götürürlər. İstər Azərbaycan, istərsə də Almaniyadakı həkimlərimdən heç bir narazılığım yoxdur. Bu iki ölkə həkimləri arasında da bir fərq görmürəm. Bizimkilər də çox yaxşıdır. Heç birindən xoşagəlməz hadisə hələ ki, görməmişəm. Müalicəm davam edir”.

Xalq şairi son günlərdəki yaradıcılıq uğurlarından da danışıb. Zəlimxan Yaqubun sözlərinə görə, xəstəliyi onu yaradıcılıqdan soyumağa hələ ki, heç vaxt təhrik etməyib:

“Yaradıcılığımda son günlərdəki ən böyük yenilik və nailiyyətim “Ədəbiyyat qəzeti”ndə “Şuşada balam qaldı” adlı əsərimin çap edilməsidir. İki qoşa səhifə bu əsərə ayrılıb. Bu əsər mənim üçün əzizdir. Çünki Qarabağla bağlı yazdıqlarımın içərisində ən qiymətlilərindəndir. Bu əsər və Qarabağ mövzusu mənim göz bəbəyi adlandırdığım mövzulardandır. Ona görə də mənim üçün çox dəyərlidir”.

Xatırladaq ki, Xalq şairi Zəlimxan Yaqub uzun müddətdir ki, böyrək çatışmazlığından əziyyət çəkir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net