AKP və CHP-nin koalisiya heyətləri müəyyən oldu
Tarix: 13-07-2015, 15:51 | Çap et
AKP və CHP-nin koalisiya heyətləri müəyyən oldu
Koalisiya danışıqları bu gün başlayır! AKP ilə CHP arasında saat 16:00-da ediləcək ilk tur görüşündə iştirak edəcək adlar da müəyyən oldu.

Moderator.az xəbər verir ki, baş nazir Əhməd Davudoğlu koalisiya görüşmələrinin ilk turuna bu gün CHP ilə başlayacaq.

4 NƏFƏRLİK HEYƏT MÜƏYYƏN OLDU

Bu görüşdə, iki partiyanı təmsil edəcək heyətlər də təyin olundu.

Buna görə həyətlərdə bu adlar iştirak edəcək:

AKP

1 - Ömer Çelik

2- Numan Kurtulmuş

3- Cevdet Yılmaz

4- Ayşe Nur Bahçekapılı,

CHP

1- Faiq Öztrak

2- Akif Hamzaçebi

3- Haluk Koç

4- Selin Sayek Böke

Türkiyə Respublikasının 63-cü hökumətinin qurulması üçün ediləcək müzakirələrdə, ilk tur bu gün saat 16:00-da başlayacaq.

Baş nazir və AKP-nin Ümumi Başçısı Əhməd Davudoğlunun, CHP-nin Ümumi Başçısı Kamal Kılıçdaroğluna edəcəyi ziyarətdə yuxarıdakı adlar liderlərə yoldaşlıq edəcəklər.

Davudoğlu sabah MHP-nin, çərşənbə günü də HDP-yə gedəcək. İlk tur danışıqlarında nəbz yoxlamaları edilməsi nəzərdə tutulur





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net