Baş nazir iti "övladlığa" götürdü
Tarix: 13-07-2015, 15:21 | Çap et
Baş nazir iti "övladlığa" götürdü
İsrail baş naziri Benyamin Netanyahunun ailəsində artım olub.

ANS PRESS-in məlumatına görə, bu bazar hökumət başçısı Kaya ləqəbli 10 yaşlı iti övladlığa götürüb.

Xəbəri “Newsru Israel” saytı Benyamin Netanyahunun “Facebook” səhifəsinə istinadən yayıb. Səhifədə yayılmış fotoşəkildə baş nazirin xanımı Sara, oğulları Avner və Yair, həmçinin ağ rəngli dişi it təsvir edilib.

Şəkilin altındakı yazıda bildirilir ki, köpəyin adı Kayadır, 10 yaşı var və dişidir. Həmçinin qeyd edilib ki, sahibləri həmin köpəyi yuxu iynəsi ilə öldürtmək istəyirlər.

Avner Netanyahu tam təsadüfən köpəyi gözləyən kədərli aqibətdən xəbər tutur və atasına onu "qızlığa" götürməyi xahiş edib. Bazar günü əvvəlki sahibləri Kayanı Netanyahu ailəsinə veriblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net