“Bu sıravı müsavatçı və cəbhəçilərə dərs olmalıdır”
Tarix: 13-07-2015, 15:00 | Çap et
“Bu sıravı müsavatçı və cəbhəçilərə dərs olmalıdır”
“Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının rəhbərləri cəmiyyətin etimadını puç etmiş, müxtəlif dönəmlərdə onlara inanan insanlara xəyanət etmiş şəxslərdir və onların bundan sonrakı fəaliyyətinin heç bir perspektivi yoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli söyləyib.

Onun sözlərinə görə, hər iki partiyada olan parçalanmalar gözlənilən idi:

“İstər Müsavat, istərsə də AXCP-nin hazırki faktiki rəhbərləri, İsa Qəmbər, Əli Kərimli və digərləri bütün fəaliyyəti boyu cəmiyyəti aldatmaqla, öz şəsxi maraqları naminə istifadə etməklə, məşğul olublar. Harada ki, xaricdən daha artıq qrant almaq lazım oldu, o zaman onlarla tərəfdarını icazəsiz aksiyalara yönəldib, həbsə göndəriblər. Nə zaman ki, qrantlar dayandı, həmin o həbsdən çıxan üzvlərini partiyadan qovublar. Buna görə, qətiyyən vicdan əzabı çəkməyiblər də. İndiki halda ömrünün ən gənc və enerjili çağlarını Müsavat və AXCP-nin inkişafına yönəldən şəxslərə qarşı olan hücumlar, onların partiyadan qovulması, bezidirilməsi buna əyani misaldır. Hesab edirəm ki, Müsavat və AXCP-də baş verənlər digər sıravi müsavatçı və cəbhəçilərə dəsr olmalıdır. Onlar nəhayət başa düşməlidirlər ki, kiminsə siyasi aləti olmaqla heç nəyə nail olmayacaqlar”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net