Azərbaycan Kommnunist Partiyasının parlament seçkiləri ilə bağlı MÖVQEYİ
Tarix: 13-07-2015, 14:51 | Çap et
Azərbaycan Kommnunist Partiyasının parlament seçkiləri ilə bağlı MÖVQEYİ
“Qarşıdan gələn parlament seçkilərinə çox ciddi hazırlaşırıq və bu seçkilərdə iştirak edəcəyik” Bunu Modern.az saytına Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov deyib.

O bildirib ki, hazırda AKP yerli rayon və şəhər komitələrinə parlament seçkilərində iştirakla bağlı tapşırıq verilib və yerlərdə konfranslar keçirilir.

"Konfranslarda partiyanın növbəti qurultayına nümayəndələr seçilir. Mərkəzi Komitənin qərarına uyğun olaraq sentyabr ayının 1-nə kimi yerlərdə konfranslar öz işini yekunlaşdırmalı və qurultaya seçilən nümayəndələrin siyahısı Mərkəzi Komitəyə təqdim olunmalıdır”.

Rauf Qurbanovun sözlərinə görə qurultayın keçirilməsi isə sentyabr ayının ortalarına kimi nəzərdə tutulur.

“Nəticədə, Azərbaycan Kommunist Partiyasından seçkilərdə iştirak edəcək şəxslərin siyahısı təsdiq olunacaq. Seçki Məcəlləsinin qaydalarına uyğun olaraq, partiya nümayəndələri hansı dairələrdən namizədliyini irəli sürəcəklərsə, qurultayın ümumi qərarı ilə təsdiq olunacaq

Mən də partiya sədri kimi qurultayın qərarına tabe olacağam. Deputatlığa namizədliyim hansı dairədən məsləhət bilinərsə, birmənalı şəkildə ordan irəli sürəcəyəm”.

Qeyd edək ki, Azərbaycanda növbəti parlament seçkiləri bu lin noyabr ayında keçiriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net