Fransada girov götürülən şəxslər azad olunub
Tarix: 13-07-2015, 14:41 |
Çap et
Fransanın Vilnev-la-Qaren şəhərindəki ticarət mərkəzində girov götürülən şəxslər azad olunub.
APA-nın “Le Parisien”ə istinadən verdiyi məlumata görə, polis hadisə zamanı heç kimin zərər görmədiyini açıqlayıb. Hazırda xüsusi təyinatlılar cinayətkarları axtarır.
Xatırladaq ki, bu gün səhər 3 naməlum şəxs ticarət mərkəzindəki mağazaların birində 18 nəfəri girov götürmüşdü. Onların qarət məqsədilə bu hadisəni törətdiyi bildirilir.
***
saat 13.54
Bakı – APA. Fransa paytaxtının yaxınlığında naməlum şəxslər 18 nəfəri girov götürüb.
APA-nın “Le Parisien”ə istinadən verdiyi xəbərə görə, polis hücum edən şəxslərin 3 nəfər olduğunu, onlardan birinin tüfənglə silahlandığını açıqlayıb. Onlar Vilnev-la-Qaren şəhərindəki ticarət mərkəzində “Primark” mağazasının 18 əməkdaşını girov götürüblər.
Hadisə ticarət mərkəzində panikaya səbəb olub. Olay yerinə xüsusi təyinatlılar göndərilib. Polis hadisənin qarət məqsədilə törədildiyini güman edir.