Korrupsiya "Azərsu"yu çökdürüb!-ekspert rəyi
Tarix: 13-07-2015, 12:16 | Çap et
Korrupsiya "Azərsu"yu çökdürüb!-ekspert rəyi
"Məni yenə qınayacaqsınız, amma, məntiq axtarmağa məcburam: “Azərsu” ASC-nin ödənilməyən ziyanı 2014-cü il nəzərə alınmaqla 1 yanvar, 2015-ci il üçün 4 milyard 436,8 milyon manat təşkil edib. Ötən il su təchizatı sisteminin inkişafına investisiyalar (dövlət zəmanətli kreditlər də daxil) 500,9 milyon manat olub. Beləliklə, yanvarın 1-ə “Azərsu” ASC-yə dövlət investisiyaları 3 milyard 656,9 milyon manata çatıb".

TİA.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, 31 dekabr, 2014-cü il üçün “Azərsu” ASC-nin dövlət büdcəsinə vergi və ödənişlər şəklində (ƏDV nəzərə alınmaqla) 59,8 milyon manat borcu olub: "İl ərzində bu borclar 20,6 milyon manat artıb. Bundan başqa, şirkətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 21,4 milyon manat borcu var. 2014-cü ildə DSMF-yə borclar 15,3 faiz artıb. Nizamnamə kapitalı 400 milyon manat (səhmlərin 100 faizi dövlətindir) olan şirkətin kapitalı 355,4 milyon manat azdır, şirkətin cari öhdəlikləri aktivlərindən 647,6 milyon manat çoxdur. Faktiki, şirkət bankrotdur! Və bütün bu rəqəmlərdən sonra, Azərsu ASC özünə yeni ofis binası tikir, təbii ki, dövlət büdcəsi hesabına".
N.Cəfərli müxbirimizlə söhbətində durumun belə kritik həddə çatmasının səbəbinin çox sadə olduğunu deyib: "Pis idarəçilik və korrupsiya vəziyyəti belə acınacaqlı edib".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net