Əli Mirəliyev: "Onu efirdən qovmaq lazımdır"
Tarix: 13-07-2015, 11:54 | Çap et
Əli Mirəliyev: "Onu efirdən qovmaq lazımdır"
Müğənni Əli Mirəliyevi yenə də özündən çıxarıblar. Sənətçinin əsəbləşməsinə səbəb bəzi həmkarlarının klassik mahnıların sözlərini dəyişdirib oxumasıdır.

Publika.az-a açıqlama verən müğənni ad çəkməsə də, ürəyini belə boşaldıb:

"Klassik musiqilərimizi elə günə salıb oxuyurlar ki, cin atına minirəm. Sən kimsən axı, mahnıların sözlərini dəyişdirib oxuyursan? Təsəvvür edin, Üzeyir bəyin "Sənsiz" romansını kefləri istədiyi kimi oxuyurlar. Üzeyir bəy o əsərləri Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənətkarlar üçün yazıb. Müslümdən sonra sən kimsən axı, o musiqiləri oxuyub, pis kökə qoyursan?"

Mirəliyev belə müğənniləri efirə buraxmamağı məsləhət görüb:

"Telekanallar o müğənnilərə qadağa qoymalıdır, efirdən qovmalıdır. Belə olsa, onlar da özlərini yığışdırarlar".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net