Azərbaycanlı milyarderin qohumu Günay İbrahimliyə evlilik təklif etdi
Tarix: 13-07-2015, 11:44 | Çap et
Azərbaycanlı milyarderin qohumu Günay İbrahimliyə evlilik təklif etdi
Müğənni Xəyyam Nisanov həmkarı Günay İbrahimliyə evlilik təklif edibmiş.

Publika.az xəbər verir ki, bunu efirdə Günay özü etiraf edib: “Xəyyam mənə evlilik təklifi etdi. Amma bir şərti oldu ki, ailə qurandan sonra mən oxumayacağam. Mən də buna razı olmadım”.

Verilişdə qonaq olan Xəyyamın da bunu təsdiqləyib: “Biz Günayla Fransaya Ford Boyard yarışlarına gedəndə bu təklifi ona etdim. Dedim ki, evdə bir ulduz olar. O razı olmadı. Günayı çox istəyirəm. Verilişdən sonra bu evlililik barədə yenidən düşünərəm”.

Qeyd edək ki, Xəyyam Rusiyada yaşayan azərbaycanlı milyarder Qod Nisanovun yaxın qohumudur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net