Hərbçilərimiz Türkiyədə açıq dəniz təlimində iştirak edirlər
Tarix: 13-07-2015, 10:15 |
Çap et
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 13-dən 17-dək Almaniyanın Oberamerqau şəhərində "Kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər" kursuna qatılıblar.
Bundan əlavə, iyulun 13-dən avqustun 9-dək Türkiyənin İstanbul şəhərində "Açıq dəniz təlimi" keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.