Namiq: "Mən yaraşıqlı deyiləm"
Tarix: 10-07-2015, 17:39 | Çap et
Namiq: "Mən yaraşıqlı deyiləm"
Müğənni Namiq Qaraçuxurlu özünü yaraşıqlı hesab etmir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “ATV Maqazin” verilişinə açıqlamasında danışıb.

Meyxanaçı “Şou-biznesdə sizə aşiq olan xanımlar var” sualına belə cavab verib:

“Ola bilər. Mənim günahım deyil ki... Nə edim, evdən bayıra çıxmayım? Mən yaraşıqlı deyiləm. Sadəcə, məndə nəsə cazibə var. Hamısı da özüməməxsusluqdur. O qədər yaraşıqlı insanlar var ki... Danışığım, yazdığım başqalarından fərqlənir. Buna görə sevilirəm.
Heç vaxt nə dostluqda, nə də sevgidə xəyanət etmişəm. Hətta bəzən onların xəyanətin də öz boynuma götürmüşəm”.

N.Qaraçuxurlu daha sonra “Meyxana deyən vaxtlarımdan mahnılar yazırdım. Hamı soruşurdu ki, niyə qəmli bəstələr yazırsan? Düşünürdülər ki, şəxsi həyatında nəsə var ondan qaynaqlanır. Buna görə də şəxsi həyatım insanlara maraqlı olub” deyə, əlavə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net