Neftlə bağlı hansı mühüm dəyişikliklər gözlənilir?
Tarix: 10-07-2015, 17:13 | Çap et
Neftlə bağlı hansı mühüm dəyişikliklər gözlənilir?
Yaxın dövrlər üçün brent markalı neftin orta dünya bazar qiyməti məhz 1 barrel üçün 60 dollar ətrafında olacaq.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib.

“Beynəlxalq Valyuta Fondu (BVF) bu gün “World Economic Outlook” hesabatını təqdim edib. BVF 2015-ci ildə neftin orta dünya bazar qiymətini bir barrel üçün 59 dollar proqnozlaşdırır. Əslində “qara qızılın” qiymətindəki son dəyişikliklər göstərir ki, yaxın dövrlər üçün brent markalı neftin orta dünya bazar qiyməti məhz 1 barrel üçün 60 dollar ətrafında olacaq. İran ilə Qərb arasında təşkil edilən müzakirələr, eləcə də Yunanıstanın defoltu neftin dünya bazar qiymətini aşağı salsa da, gözlənildiyi kimi yenidən “qara qızıl” dəyər qazanmağa başladı. Qlobal siyasi faktorları da nəzərə aldıqda bazarda qiymət tarazlığının formalaşdırıldığını söyləmək olar. Bu isə o deməkdir ki, nəinki istehlakçı, hətta ixracatçı ölkələr də öz proqnozlarını məhz mövcud tarazlığa uyunlaşdırmalıdırlar. BVF-nin avrozonada 1,5, ABŞ-da 2,5 faiz artım proqnozlaşdırmasına rəğmən, Rusiyada 3,4, Braziliyada 1,5 faiz azalma gözləməsində də neftin dünya bazar qiyməti heç də az rol oynamır”.

İqtisadçının sözlərinə görə, Rusiyanı çıxmaq şərtilə MDB ölkələri 0,7 faiz artıma nail ola biləcəklər:

“Bu baxımdan ölkəmizdə də monetar, fiskal və digər iqtisadi siyasətlər hazırlanan zaman neftin məhz mövcud və proqnozlaşdırılan qiymətinin nəzərə alınmasına ehtiyac var. Əslində Maliyyə Nazirliyinin gələn ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətini 50 dollar götürməsi müsbət haldır. Dövlət daxil olmalarının və xərclərinin real proqnoz qiymətinə uyğunlaşdırılması iqtisadiyyatın balanslaşdırılması üçün də çevik alətlər formalaşdırır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net