
"Dağlıq Qarabağ bölgəsinin separatçı rejiminin başçısı Bako Saakyanın Böyük Britaniyaya səfəri ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə etirazımızı bildirmişik".
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, B.Saakyan Ermənistan pasportu ilə qonaq qismində Londona gedib.