Misir Mərdanovun qardaşı avtoriteti həbs etdi
Tarix: 10-07-2015, 15:15 |
Çap et
Şabran rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib.
Axar.az-a verilən məlumata görə, əməliyyat zamanı Siyəzən rayon sakini, kriminal avtoritet kimi tanınan Qafar adlı şəxs saxlanılıb. Keçirilən baxış zamanı ondan 3 qutu marixuana aşkar olunub.
Qafarın “qanuni oğru” dünyası ilə əlaqəsi olduğu və hazırda məhbus həyatı yaşayan Şəmi adlı avtoritetin əsas adamı hesab edildiyi bildirilir.
Məlumatda deyilir ki, xüsusi əməliyyat nəticəsində Qafar Şabranın Ağbaş körpüsü yaxınlığında yaxalanıb.
Qeyd edək ki, Şabran polisi davamlı olaraq narkotiklə mübarizə çərçivəsində əməliyyatlar keçirir. Rayonun polis rəisi sabiq təhsil naziri Misir Mərdanovun qardaşı Əli Mərdanovdur.