Saakaşvili iclasda prezidentə həqiqəti açdı
Tarix: 9-07-2015, 17:33 | Çap et
Saakaşvili iclasda prezidentə həqiqəti açdı
Ukrayna Prezidenti Pyotr Poroşenko ölkə qubernatorları ilə görüş keçirib.

Axar.az xəbər verir ki, görüşdə Xarkov, Dnepropetrovsk, Lvov və Odessa vilayətinin qubernatorları və infrastruktur naziri iştirak edib.

İclasda gömrük problemlərinə xüsusi diqqət ayırılıb.

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili isə görüşdə çıxış edərək qaçaqmalçılıqla bağlı deyib:

“Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin sabiq müavini Yuri Artyuxov (bu ilin fevralında vəzifəsindən azad olunub) Odessada qaçaqmalçıları himayə edirdi”.

Poroşenko isə öz növbəsində qaçaqmalçılarla mübarizənin gücləndiriləcəyini bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net