"Yazığam, buna mənim də haqqım var"
Tarix: 9-07-2015, 17:10 |
Çap et
ATV-nin aparıcısı Kəmalə Piriyeva yeni planlarından bəhs edib.
Axşam.az-a açıqlama verən aparıcı son vaxtlar sosial şəbəkədə yayılan fotolarından söz açıb:
“Çoxları elə bilir ki, filmə çəkilirəm. Bəstəkar Tərlan Məmmədhüseynov “Səs” kompozisiyasına qısamtrajlı film çəkir. Orada mən rol almışam. Bir neçə gündür bunla bağlı Şəkidə idik. Çəkilişlərin yarısı da Bakıda aparılacaq. Daha sonra isə istirahətə getməyi düşünürəm. İki ildir dincəlmədən çalışıram. Yazığam, bu il istirahət edim, buna mənim də haqqım var. Avropaya yollanacam. Yeni mövsümə veriliş layihəm var. Amma hələ ki, telekanalan rəhbərliyinə təqdim edib, təsdiqlətdirməmişəm”.