Türkiyə və ABŞ razılaşdı - "İncirlik"dən istifadəyə icazə verildi
Tarix: 9-07-2015, 14:51 |
Çap et
Ankara ilə Vaşinqton arasında 2 ildir davam edən Suriya müzakirələri nəticəsində dünən ilk konkret nəticə əldə olunub.
Avropa.info xəbər verir ki, mətbuatda yayılan xəbərlərə görə əldə olunan razılıq çərçivəsində “İncirlik” hərbi hava bazası Türkiyənin qoyduğu şərtlər çərçivəsində İŞİD və Əsəd rejimi ilə mübarizə məqsədi ilə silahlarla təmin olunmuş pilotsuz təyyarələrin istifadəsi üçün açılıb.
Obamanın İŞİD ilə mübarizə üçün xüsusi nümayəndəsi Con Allenin idarə etdiyi heyət dünən Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlunun idarə etdiyi heyət dünən məsələylə bağlı uzun sürən danışıqlar aparmışdırlar.
Əldə olunan razılığa əsasən Türkiyə ABŞ-ın silahlandırılmasını tələb etdiyi 2 pilotsuz təyyarənin əməliyyat məqsədilə istifadəsinə icazə verib.
Razılığa görə ABŞ ordusu həmin pilotsuz təyyarələrdən ancaq İŞİD-i və Əsəd rejimini vurmaq üçün istifadə edəcək və keçirilən əməliyyatlar haqda qabaqcadan Türkiyə hökumətinə xəbər veriləcək.
Həmin pilotsuz təyyarələr eyni zamanda Əsəd rejimi və İŞİD-in əlindən alınan bölgələrin mühafizə olunması məqsədilə istifadə olunacaq.