İŞİD və Əl Nusra liderləri öldürüldü
Tarix: 9-07-2015, 13:26 | Çap et
İŞİD və Əl Nusra liderləri öldürüldü
Müxalif Suriya İnsan Haqları təşkilatı Suriyanın Raqqa şəhərində ABŞ-ın hava hücumu nəticəsində İŞİD liderlərindən birinin öldürüldüyünü açıqlayıb.

Axar.az xəbər verir ki, təşkilatın əldə etdiyi məlumata görə, öldürülən lider özbək əsillidir.

Bu arada ABŞ döyüş təyyarələri Türkiyə sərhədinin 5 kilometrliyində Əl Qaidənin Suriya qolu olan Əl Nusra Cəbhəsini hədəfə alıb.

Cəbhəyə yaxın qaynaqların verdiyi xəbərdə deyilir ki, İdlibin Türkiyə sərhədindəki Kifar Daryan qəsəbəsində bir avtomobil vurulub. Avtomobildə aralarında təşkilat liderlərinin də olduğu 6 nəfər həlak olub.

Suriya rəhbərliyinə yaxın mənbələr isə İdlibdə təşkil olunan hücumun hökumət qüvvələri tərəfindən reallaşdırıldığını bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net