Barselona klubunun hücumçusu Neymarla bağlı sosial şəbəkələrdə maraqlı video yayılıb.
Axar.az xəbər verir ki, iyulun 6-na aid olan videoda Neymarın San-Paulodakı evində özünün “Santos” klubundan olan keçmiş klub yoldaşları ilə əylənməsi yer alıb.
Həddən artıq spirtli içki qəbul edən Neymarın sərxoş olduğu və ayaq üstə güclə dayandığı görüntüdə əks olunub. Video sosial şəbəkələrdə yayıldıqdan sonra Neymar açıqlama vermək məcburiyyətində qalıb:
“Sadəcə, bəxtim gətirmədi ki, şənliyə mənə aidiyyəti olmayan bir insan düşdü. Mən dostlarımla dincəlirdim və bütün bunlar baş verdi. Hətta öz evimdə belə məni rahat qoymurlar. Hər keçən gün bu daha da pisləşir”.