“Honda” 1,6 milyon maşını təmir üçün geri qaytarır
Tarix: 9-07-2015, 12:36 | Çap et
“Honda” 1,6 milyon maşını təmir üçün geri qaytarır
Yaponiyada avtomobil istehsalı üzrə üçüncü olan “Honda” konserni 2007-2011-ci illər ərzində istehsal olunmuş 1630479 sayda maşını hava yastıqlarındakı qüsuru aradan qaldırmaq məqsədi ilə geri qaytarmaq qərarına gəlib.

Trend bu barədə RIA Novostiyə istinadən xəbər verir.

Məlumatda deyilir ki, “Honda” şirkəti Yaponiya hökumətinə xəbərdarlıq edib və ümumilikdə ölkə üzrə 9,5 milyon avtomobili geri qaytarıb.

Qeyd edək ki, hava yastıqları “Takata” şirkətinin məhsullarıdır.

“Honda” konserni bütün dünya üzrə “Takata” hava yastıqları ilə təchiz olunmuş 4,5 milyon avtomobili geri qaytarıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net