Qarabağ separatçılarının quldurbaşısı Britaniya parlamentində sərsəmlədi
Tarix: 9-07-2015, 11:48 | Çap et
Qarabağ separatçılarının quldurbaşısı Britaniya parlamentində sərsəmlədi
Dağlıq Qarabağdakı separatçı rejimin lider Bako Saakyan Londona səfəri çətçivəsində Böyük Britaniya parlamentində çıxış edib.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qarabağ separatçılarının rəhbəri Bako Saakyan çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışıb.

O həmçinin bildirib ki, “Dağlıq Qarabağ Respublikası” Birləşmiş Krallıqla əlaqələrə xüsusi önəm verir.

“Böyük Britaniya beynəlxalq siyasətdə demokratiya və Avropa sivilizasiyasının beşiyi olan Böyük Britaniya ilə əlaqələrin qurulmasında maraqlıyıq”,-deyə separatçı lider qeyd edib.

Xatırladaq ki, Bako Saakyan Böyük Britaniyanın “Chatham House” Beynəlxalq Münasibətlər İnstitutunun dəvəti ilə Londona gedib. Lakin onun adı dəvət edilənlər siyahısından çıxarılsa da, burada çıxış etməsinə şərait yaradılıb. Bako Saakyan ötən gün “Chatham House”da çıxış edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net