BAXCP-dən iqtidar-müxalifət görüşü ilə bağlı RƏY
Tarix: 9-07-2015, 11:12 | Çap et
BAXCP-dən iqtidar-müxalifət görüşü ilə bağlı RƏY
Avropa Oyunlarından sonra iqtidar-müxalifət arasında dördüncü görüşün keçiriləcəyi söylənilsə də, hələ ki, bu barədə konkret məlumat yoxdur. Partiyalar da görüşün keçirilməsini gözləyirlər.

Hafta.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, onların partiyasına bu məsələ ilə bağlı məlumat daxil olmasa da, görüşün yaxın zamanlarda keçiriləcəyini gözləyirlər:

“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Qüdrət Həsənquliyev sonuncu iqtidar-müxalifət görüşündə, partiyanın fikirlərini, təkliflərini bildirib. Qüdrət bəy, prezidentin köməkçisi hörmətli Əli Həsənova təklif edib ki, hökumət vaxtilə əgər çoxlu partiyaların yaranmasını stimullaşdırırdısa, indi partiyaların təmərküzləşməsini stimullaşdırmalıdır. Və prosesi aparmaq lazımdır. Növbəti görüşdə də müzakirələrimiz olacaq”.

N.Orduxanlı partiyanın parlament seçkilərinə hazırlığından da danışıb:

“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında ilkin olaraq aprel ayında keçirdiyi sonuncu Ali Məclisinin sessiyasında sədrimiz Qüdrət Həsənquliyev tərəfindən partiya rəhbərliyi qarşısında seçki hazırlığı ilə bağlı məsələ qaldırılıb. BAXCP bu il keçirilən seçkilərdə çox aktiv şəkildə iştirak etmək niyyətindədir. Hal-hazırda BAXCP-nin 60-a yaxın rayon şöbəsi mövcuddur. On minlərlə insanı özündə birləşdirən BAXCP bu dəfə də seçkilərdə xeyli sayda namizədlə iştirak etmək niyyətindədir. Partiyanın rəhbərliyində olan şəxslərin cəmiyyətdə kifayət qədər tanınması, nüfuzu, hörməti imkan verir ki, biz bir partiya olaraq seçkidə güclü namizədlərlə iştirak edək. Gözləntilərimiz çoxdur. Çalışacağıq ki, ən azı 125 dairənin 80 faizindən öz namizədimizlə iştirak edək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net