Türklər Məkkəyə metro çəkir
Tarix: 9-07-2015, 10:43 |
Çap et
Türkiyə şirkəti Məkkəyə metro xətti çəkəcək.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin məşhur Kolin İnşaat şirkəti İspaniyanın İsoluks Korsan və Səudiyyə Haif şirkəti ilə birlikdə Səudiyyə Ərəbistanında Məkkə metrosunun iki xəttini çəkəcək.
İnşasına 2016-cı ildə başlanacaq metronun B və C xətti olacaq. B xətti 11,9 kilometr uzunluğunda üç stansiyadan, C xətti isə 13 kilometr uzunluğunda 6 stansiyadan ibarət olacaq.
Tikintinin 2019-cu ildə yekunlaşacağı bildirilir.