Ermənistan Rusiyadan silah almaq üçün danışıqlar aparır
Tarix: 8-07-2015, 18:04 | Çap et
Ermənistan Rusiyadan silah almaq üçün danışıqlar aparır
""İskander-M" raket kompleksinin alınması ilə bağlı konktert bir söz deyə bilmərəm. Ancaq Rusiya ilə çeşidli hücum tipli, o cümlədən uzaqmənzilli silahın alınmasına dair danışıqlar aparılır".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

O deyib ki, Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollarlıq kredit bu ölkədən silah almağa sərf ediləcək: "Yeni hücum və müdafiə xarakterli silah, texnika, eləcə də yeni qurğu alınacaq. Bütün bunların hamısı orudunun irimiqyaslı yenidən silahlanması çərçivəsində həyata keçiriləcək".

Mütəxəssislər "İskander-M"in bir neçə tipinin olduğunu bildiriblər. Rusiya Silahlı Qüvvələrində bu raket kompleksinin 500 km uzaqlıqdakı hədəfi vuran növü mövcuddur.

Məlumata əsasən, sövdələşmə baş tutarsa, o zaman Rusiyadan sonra Ermənistan "İskander-M" raket kompleksinə malik ikinci dövlət ola bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net