VTB: “Rusiyanın Yunanıstana verəcək pulu yoxdur”
Tarix: 8-07-2015, 17:44 |
Çap et
Rusiya Yunanıstana yardım etmək vəziyyətində deyil.
Axar.az xəbər verir ki, bu açıqlama ilə VTB bankın rəhbəri Andrey Kostin çıxış edib.
Onun sözlərinə görə, Yunanıstan Avropa Birliyinin öz problemidir:
“Rusiya istəsə belə, bu qədər məbləği tapa bilməz. Bu, Avropanın problemidir və o bunu özü həll etməlidir”.