Bakı-Sumqayıt sürət qatarları nə vaxt işləyəcək?
Tarix: 8-07-2015, 17:41 |
Çap et
“Stadler” ikimərtəbəli sürət qatarları sentyabrın əvvəlində Bakı-Sumqayıt marşrutu üzrə işə düşəcəklər.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyası bərpa olunacaq: “Hazırda Sumqayıt sərnişin stansiyasının platformasında tikinti işləri gedir. Qatar sürətli olduğu üçün xətlərdə keçidlər ləğv edilir, Bakı daxilində isə çəpərlənmələr quraşdırılır”.