Nabranda baş verən qətllə bağlı - Rəsmi açıqlama
Tarix: 8-07-2015, 17:22 | Çap et
Nabranda baş verən qətllə bağlı - Rəsmi açıqlama
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Xaçmazda istirahət mərkəzində baş vernn dava ilə bağlı məlumat yayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumatda bildirilir ki, iyulun 7-də rayonunun Nabran qəsəbəsinin Günəşli kəndi ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinin birində Biləsuvar rayon sakini Ramil Abbaslı aralarında yaranmış münaqişə zəminində üstündə gəzdirdiyi bıçaqla Xaçmaz şəhər sakini Famil Məmmədovu qətlə yetirib.

Rayon Polis Şöbəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ramil Abbaslı şübhəli şəxs qismində tutulub.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net